BDU-da yeni tədris ili başlayıb

15/09/2025

Bakı Dövlət Universitetində (BDU) 2025/2026-cı tədris ili başlayıb.

BDU-da ilk dərslər vətənpərvərlik mövzusuna, "Konstitusiya və Suverenlik İli"nə həsr olunub.

2025/2026-cı tədris ilində BDU-da 75 ixtisas, 243 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir.

Hazırda BDU-da bakalavriat səviyyəsi üzrə 22347 tələbə təhsil alır. Onlardan 6996 nəfəri kişi, 15351-i qadındır. Tələbələrdən 12794-ü humanitar, 9553-ü təbiət elmləri üzrə ixtisaslarda təhsil alır. BDU-nun bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələrin 15750-si dövlət sifarişi əsasında, 6597-si nəfəri ödənişli əsaslarla oxuyur. BDU-nun nəzdində “Gənc istedadlar” liseyində 694 şagird təhsil alır.

Yeni tədris ilində BDU-nun bakalavriat səviyyəsinə 5300 nəfər qəbul olunub.  Onlardan 3806 nəfəri dövlət sifarişli, 1494 nəfər ödənişli əsaslarla təhsil alacaq. Qəbul olunanların 496 nəfəri 600-dən, 1922 nəfəri 500-dən yuxarı bal toplayıb.

2025/2026-ci tədris ilində BDU-nun magistraturasında 2239 tələbə təhsil alır. Onlardan 759-u kişi, 1480-i qadındır. BDU-nun magistrantlarının 1590 nəfəri dövlət sifarişi əsasında, 649 nəfəri ödənişli əsaslarla təhsil alır.

BDU yeni tədris ilinə bir sıra yeniliklərlə başlayır. Belə ki, bu tədris ilindən bakalavriat səviyyəsi üzrə qəbul olunan və müxtəlif ixtisaslar üzrə 550-dən çox bal toplayan abituriyentlər arasından ən yüksək nəticə göstərmiş tələbələrə tədris ilinin sonunadək hər ay 200 manat məbləğində “Birincilik” adlı məqsədli təqaüd veriləcək. Bu ildən BDU-da Süni intellekt etikası kafedrası fəaliyyətə başlayır. Magistratura səviyyəsi üzrə dövlət təhsil proqramlarının yenilənməsi həyata keçirilib, bu tədris ilindən magistaturaya qəbul olunan tələbələr həmin proqramlar əsasında təhsil alacaqlar.

2025/2025-cü tədris ilində üzrə BDU-da bakalavriat səviyyəsi üzrə yeni “Xüsusi pedaqogika” ixtisası açılıb. Sosial elmlər və psixologiya fakültəsində ilk dəfə olaraq bu ixtisas üzrə kadr hazırlığına başlanılacaq.

Bütün tələbə və şagirdlərimizi yeni tədris ilinin başlaması münasibətilə təbrik edir, onlara təhsillərində və şəxsi həyatlarında uğurlar arzulayırıq!

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026