BDU-da “Yeni tip rabitələr” mövzusunda onlayn mühazirə keçirilib

19/05/2020

Mayın 19-da Bakı Dövlət Universitetində (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” ETL-in aparıcı elmi işçisi, Portuqaliyanın Lissabon Universitetində  uzunmüddətli elmi ezamiyyətdə olan kimya elmləri doktoru Kamran T. Mahmudovun BDU-nun tələbələri üçün “Yeni tip rabitələr” mövzusunda onlayn mühazirəsi keçirilib.

Videobağlantıya qoşulan BDU-nun rektoru Elçin Babayev Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması istiqamətində Universitetdə görülən qabaqlayıcı tədbirlər, xüsusi karantin rejimində tələbə və magistrantların təhsilinin davamlılığının təmin olunması haqqında məlumat verib. Pandemiyanın ilk günlərindən Universitetin tələbəyönümlü yanaşmaya üstünlük verdiyini vurğulayan rektor Azərbaycanın hazırkı qlobal təhlükənin öz əhalisinə təsirini minimuma endirmək üçün çevik tədbirlər həyata keçirən ölkələrdən biri olduğunu bildirib.

“Yeni tip rabitələr” mövzusunda təqdimatla çıxış edən Kamran T. Mahmudov molekullarda və onlar arasında əlaqə yaradan qüvvələr toplusu olan kimyəvi rabitə, kimyəvi rabitənin təbiətini və molekulun əmələgəlmə mexanizmini izah edən atomun quruluş nəzəriyyəsi, katalizatorların təsirindən reaksiya sürətinin artması prosesi olan kataliz barəsində ətraflı məlumat verib. Mühazirədə eyni zamanda qeyri-kovalent qarşılıqlı təsirlərin (yeni tip rabitələr) sintez və katalizdə rolu müzakirə olunub, əsas diqqət bu rabitələrin fundamental əsaslarına yönəldilib.

Microsoft Teams platforması üzərindən baş tutan mühazirəni 100-ə yaxın iştirakçı dinləyib.

Qarşılıqlı diskussiya şəraitində davam edən mühazirə sualların cavablandırılması ilə yekunlaşıb.

Xəbərlər

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
04/10/2025

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb
04/10/2025

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub
03/10/2025