BDU-da “Yüksəliş” müsabiqəsinin daha 3 qalibi ilə görüş

05/11/2024

“BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə mentorluq proqramı çərçivəsində "Yüksəliş” müsabiqəsinin qalibləri Orxan Qazızadə, Ülkər Məlikova və Bayram Orucovla tələbələrin görüşü keçirilib.

BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev “Yüksəliş” müsabiqəsinin həm liderlik keyfiyyətlərinin inkişafına, həm də ölkənin sosial-iqtisadi tərəqqisinə töhfə verməkdə əhəmiyyətli rol oynadığını qeyd edib. O, mentorluq proqramı çərçivəsində tələbə-gənclər üçün keçirilən silsilə görüşlərin müsabiqənin gələcək iştirakçılarının yetişməsində mühüm rola malik olduğunu deyib.

Görüşdə tələbələrə mentorluq proqramı və onun gənclərə verdiyi dəstək haqqında ətraflı məlumat verilib. “Yüksəliş” müsabiqəsinin qalibləri mentorluğun gənclərin peşəkar inkişafına, yeni əlaqələrin qurulmasına təsiri, effektiv ünsiyyət bacarıqları, hədəf təyin etmə və irəliləyişin izlənməsi üsulları barədə məlumatlandırıb, öz uğur hekayələrini paylaşıblar.

Görüş tələbələrin proqramla bağlı suallarının cavablandırılması ilə başa çatıb.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026