BDU-da “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş

10/04/2025

Bakı Dövlət Universitetində (BDU) “Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən infosessiya keçirilib.

İnfosessiyada ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Camal Nağıyev və üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Bayram Orucov iştirak ediblər.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov "Yüksəliş" müsabiqəsi barəsində məlumat verib. Bildirib ki, "Yüksəliş" müsabiqəsi ölkəmizdə kadr bankının təmin edilməsində əhəmiyyətli rol oynayır. BDU məzunlarının müsabiqədə fəal iştirakı ilbəil artır.

Çıxış edən qaliblər uğur hekayələrini bölüşərək, komanda işinin və planlı yanaşmanın əhəmiyyətindən danışıb, “Yüksəliş” müsabiqəsinin mərhələləri, seçim tələbləri barədə tələbələri məlumatlandırıblar. Qeyd olunub ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər. Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

Görüşün sonunda “Yüksəliş” müsabiqəsində iştirak üçün qeydiyyat prosesi izah olunub, tələbələrin sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq

BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq
14/09/2026

Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar

Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar
14/09/2026

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
14/09/2026