BDU-da “Yüksəliş” müsabiqəsinin qalibləri ilə silsilə görüşlərə start verilib

31/10/2024

“BDU könüllüləri” təşkilatının təşəbbüsü və “Yüksəliş” müsabiqəsinin tərəfdaşlığı ilə birinci “Yüksəliş” müsabiqəsinin qalibi Fəxri Hüseynovun tələbə-gənclərlə görüşü keçirilib.

Görüşdə Fəxri Hüseynov tələbələrə təhsil və karyerada uğur qazanmağın əsas şərti olan şəxsi inkişaf, düzgün kommunikasiya və komanda işi bacarıqları haqqında məlumat verib. Həmçinin işə qəbul prosesində güclü CV yaratmaq və müsahibə zamanı uğurlu çıxış etmək barədə tövsiyələrini bölüşüb.

Müsabiqə qalibi “Yüksəliş” müsabiqəsinin istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi işinə, peşəkar milli kadr bazasının formalaşmasına xidmət etdiyini qeyd edib. O, tələbələri müsabiqənin mentorluq proqramı barədə də məlumatlandırıb, qeydiyyat mərhələsi ilə bağlı ən önəmli məqamları diqqətə çatdırıb.

Görüş tələbələrin mentorluq proqramı ilə bağlı suallarının cavablandırılması ilə yekunlaşıb.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026