Kimya fakültəsində TGT idarə heyətinin iclası keçirilib

08/02/2021

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Tələbə Gənclər Təşkilatı idarə heyətinin onlayn iclası keçirilib.

İclasda Kimya fakültəsinin  dekan müavini Taleh Qəhrəmanov TGT-nin  tələbələrin tədris və təlim prosesindəki rolu və fəaliyyət istiqamətləri haqqında məlumat verib. Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli 2020/2021-ci tədris ilində təşkilatın altı aylıq hesabatını təqdim edib və qarşıda duran layihə və tədbirlər haqqında idarə heyətini məlumatlandırıb. İclasda Kimya fakültəsində Tələbə Gənclər Təşkilatı nəznində yaranacaq yeni klubun  - “Young chemists club”ın ("Gənc kimyaçılar" klubu) təqdimatı keçirilib.

Klubun yaradılmasında məqsəd BDU-da kimya muhəndisliyi və kimya müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin intellektual səviyyəsini yüksəltmək və onlara təcrübə qazandırmağı nəzərdə tutan dünyada gedən proseslər çərçivəsində seminar, disput və konfranslar təşkil etməkdir. Eyni zamanda klubun fəaliyyəti çərçivəsində tələbələrin təşkil olunmuş beynəlxalq tədbirlərdə iştirakını təmin etmək, neft-kimya müəssisələrini ziyarət edib iş təcrübələrini öyrənmək, elmi və əyləncəli tədbirlər təşkil etmək, müxtəlif mükafatlı müsabiqələr həyata keçirmək, xarici universitetlər və şirkətlərlə əməkdaşlıq edərək tələbələrin inkişafına dəstək olumaqdır.

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026