BDU-da “Youth to Business Forum” keçirilib

25/12/2024

Bakı Dövlət Universiteti (BDU) və AIESEC Gənclər Təşkilatının əməkdaşlığı, "BDU könüllüləri" təşkilatının dəstəyi ilə Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş növbəti “Youth to Business Forum” keçirilib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov çıxışında bildirib ki, bu cür əhəmiyyətli tədbirlərin Universitetdə keçirilməsi sevindirici haldır. O, bu təşəbbüsün gənclərin inkişafına, onların dünyagörüşünün genişlənməsinə və gələcəkdə daha uğurlu kadr kimi formalaşmalarına mühüm töhfə verəcəyini vurğulayıb.

Sonra spikerlər müxtəlif mövzularda təqdimatlar ediblər. Belə ki, Eldar Cabrayılov şəxsi büdcənin idarə olunması və investisiya strategiyaları, Asif İbrahimov isə biznesə başlamağın və investisiya qoyuluşunun ilkin mərhələləri barəsində tövsiyələrini bölüşüblər.

Forumun ikinci yarısında spikerlər Alya Abbaszadə və Şahmar Həsənov iştirakçılarla investisiyaların səmərəli idarə olunması və biznesə başlamağın praktik yolları ilə bağlı təcrübələrini paylaşıblar. Spiker Aqil Zəkəriyyənin təqdim etdiyi “The Agile Project” adlı sessiyada gənclərə startap ideyalarını reallaşdırmaq üçün yeni imkanlar təqdim edilib.

Daha sonra forum Elçin Babazadənin “Səhm alqı-satqısı və maliyyə bazarlarında investisiya” adlı təqdimatı ilə davam edib. Təqdimatda gənclərə maliyyə bazarlarının mexanizmlərini başa düşmək və doğru investisiya qərarları vermək yolları öyrədilib.

AIESEC təşkilatının nümayəndəsi Aydan Mikayılova tərəfindən keçirilən sessiya beynəlxalq təcrübə qazanmaq, könüllülük, peşəkar inkişaf imkanlarını əhatə edib. Məsud Alisoyun “Startapların maliyyələşdirilməsi” mövzusunda təqdimatında isə gənclərə startapların maliyyə təminatının müxtəlif üsulları və bu sahədə qarşıya çıxan problemlərin həlli yolları haqqında danışılıb.

Forumun sonunda isə “İnvestisiya mədəniyyəti, maliyyə savadlılığı və gənclərin rolu” mövzusunda iştirakçılar üçün panel diskussiya platforması yaradılıb.

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025