BDU-da yumşaq buğda nümunələrinin genetik polimorfizminə dair tədqiqatlar aparılır

04/11/2025

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Protein (Gld-Glu) genetik markerləri əsasında yerli və introduksiya olunmuş yumşaq buğda (Triticum aestivum L.) nümunələrinin polimorfizminin tədqiqi” mövzusunda elmi seminar keçirilib.

Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun Biokimyəvi genetika və texnologiya şöbəsinin böyük elmi işçisi, BDU-nun Genetika kafedrasının saathesabı müəllimi, dosent Əkbər Kərimov mövzu ilə bağlı təqdimat edib. O yerli və introduksiya olunmuş yumşaq buğda (T. aestivum) nümunələri üzərində apardığı tədqiqatların əsas nəticələrini iştirakçıların diqqətinə çatdırıb. Alim 36 buğda nümunəsi üzərində A-PAGE (Acid Polyacrylamide Gel Electrophoresis) üsulu ilə apardığı biokimyəvi analizlər nəticəsində ilk dəfə Gld-1B-23Y qliadin allel blokunu müəyyən edib. Bu nəticə yerli buğda genotiplərinin genetik müxtəlifliyinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət kəsb edir.

Tədqiqatın nəticələri göstərib ki, buğda nümunələri arasında zülal markerlərinin polimorfizmi genetik ehtiyatların qiymətləndirilməsi və seleksiya prosesində perspektivli genotiplərin seçilməsi üçün mühüm elmi baza yaradır. Əldə edilən nəticələr yüksək keyfiyyətli və məhsuldar buğda sortlarının yaradılmasına, eləcə də ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verə bilər.

Xəbərlər

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü keçirib

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü keçirib
29/06/2026

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində üç yeni ixtisaslaşma yaradılır

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində üç yeni ixtisaslaşma yaradılır
29/06/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin əməkdaşlarının beynəlxalq uğuru

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin əməkdaşlarının beynəlxalq uğuru
29/06/2026