BDU-da Yunus Emre Medeniyyet Merkezinin yaradılması barədə protokol imzalanıb

14/12/2012

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Yunus Emre Vəqfi prezidenti və Yunus Emre İnstitutununun müdürü Prof. Dr. Ali Fuat Bilkanı, Yunus Emre İnstitutu Türkologiya Koordinatoru Yasin Tunçu, Tbilisi Yunus Emre Medeniyyet Merkezi Müdürü Barış Demiri qəbul edib.  Rektor BDU-nun yaranma tarixindən, inkişaf mərhələlərindən, beynəlxalq əlaqələrindən və bir çox universitet assosiasiyalarına üzvlüyündən, dünyanın aparıcı ölkələrinin ali məktəbləri ilə ikitərəfli əlaqələrindən danışıb.

Öz növbəsində Yunus Emre Vəqfi prezidenti Prof. Dr. Ali Fuat Bilkan bildirib ki, Yunus Emre Vəqfi Türk dilini, tarixini, mədəniyyətini və incəsənətini təbliğ etmək, bunlarla bağlı  məlumatları və materialları dünyaya yaymaq, Türk dili, mədəniyyəti və incəsənəti sahələrində təhsil almaq istəyənlərə Türkiyə  xaricində xidmət göstərmək, Türkiyənin başqa ölkələr ilə mədəni ələqələrini artıraraq dostluğunu inkişaf etdirmək məqsədilə 2007-ci ildə yaranıb. Yunus Emre Vəqfinə bağlı olaraq qurulan Yunus Emre İnstitutu isə qanunvericiliklə müəyyən olunmuş məqsədləri həyata keçirmək üzrə təhsil və tədris fəaliyyətləri ilə elmi tədqiqat işlərini həyata keçirir.  İnstitut, quruluş məqsədləri istiqamətində Türk mədəniyyətinin, tarixinin, dilinin və ədəbiyyatının daha da yaxşı təbliğ edilməsi və öyrədilməsi məqsədilə araşdırmalar aparmaq, fərqli qurumlar ilə əməkdaşlıq edərək elmi fəaliyyətləri dəstəkləmək və əldə edilən nəticələri müxtəlif nəşrlər vasitəsilə ictimaiyyətə çatdırmaq məqsədi istiqamətində fəaliyyətlər həyata keçirir.

Görüşdə həmçinin  universitetlərarası elm, təhsil və innovasiyalar sahəsində ikitərəfli əməkdaşlıq məsələləri də müzakirə edilib.

Görüşün sonunda BDU-da Yunus Emre Medeniyyet Merkezinin yaradılması barədə protokol imzalanıb.

Qonaqlar BDU ilə yaxından tanış olub, və yüksək təəssüratla ayrılıblar.

Mətbuat və İnformasiya şöbəsi, 14 dekabr 2012-cu il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024