BDU-da “Yüz yaşlı Şərqşünaslıq fakültəsi; tarix və ənənələr” adlı tədbir keçirilib

31/03/2022

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültənin yaradılmasının 100 illiyinə həsr olunmuş “Yüz yaşlı Şərqşünaslıq fakültəsi; tarix və ənənələr” adlı tədbir keçirilib.
Fakültənin dekanı Aydan Xəndan müəllim və tələbə heyətini əlamətdar gün münasibətilə təbrik edib.
O, Şərqşünaslıq fakültəsinin BDU-nun ən nüfuzlu və strateji fakültələrindən olduğunu qeyd edib. Fakültənin yaranma zərurəti, məzunları, unudulmaz müəllimləri barədə danışan Aydan Xəndan bu elm ocağı ilə bağlı xatirələrini bölüşüb. Tələbələri fakültənin gələcək inkişafında fəal rol oynamağa, mövcud ənənələri qoruyub saxlamağa və oxuduqları ixtisas dillərini dərindən mənimsəməyə çağırıb.
Ərəb filologiyası kafedrasının professoru Elxan Əzizov fakültənin tarixi, ilk dekanı, kafedraların yaranması, ixtisas və müəllimləri barədə geniş məlumat verib, ən məşhur məzunlardan bəhs edib, əmək fəaliyyəti dövründəki xatirələrini bölüşüb.
Türk filologiyası kafedrasının professoru, millət vəkili Jalə Əliyeva Şərqşünaslıq fakültəsindəki tələbəlik illərindən danışıb, tələbələrə gələcəkdə yaxşı şərqşünas olmaq üçün real nümunələr əsasında məsləhətlər verib.
Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmov, İran filologiyası kafedrasının müdiri Mehdi Kazımov və Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Oktay Cəlilbəyli fakültənin tarixi, kafedraların fəaliyyəti, müəllim kollektivi və keçdiyi inkişaf yolu barədə danışıb, Azərbaycanda şərqşünaslıq elminin inkişaf perspektivləri ilə bağlı təkliflərini bildiriblər.  
Daha sonra fakültənin müəllimləri Əsmətxanım Məmmədova, Nüşabə Əlizadə, Adil Yəhyayev fakültə ilə bağlı yaddaqalan məqamlara diqqət çəkib,  tələbələrə savadlı və layiqli mütəxəssis kimi yetişmələri üçün tövsiyələr veriblər.

Xəbərlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər
14/01/2026

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçiriləcək

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçiriləcək
13/01/2026

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb
12/01/2026