BDU-da Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru ilə görüş

09/04/2025

Bakı Dövlət Universitetində (BDU) Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abdulqafor Kirgizbayev ilə görüş olub.

Rektor Elçin Babayev BDU-nun beynəlxalq əlaqələrində türkdilli dövlətlərin ali məktəbləri ilə münasibətlərin önəmli yer tutduğunu, son illər Özbəkistanın nüfuzlu elm və təhsil müəssisələri ilə sıx əlaqələrin yaradıldığını və inkişaf etdiyini diqqətə çatdırıb. O, BDU ilə Daşkənd Dövlət Pedaqoji Universiteti arasında iki il əvvəl imzalanan əməkdaşlıq müqaviləsinin qarşılıqlı əlaqələrin inkişafında xüsusi əhəmiyyət daşıdığını bildirib, təhsil sahəsi ilə yanaşı, xüsusilə müxtəlif elm sahələri üzrə birgə elmi tədqiqatların aparılmasının, ikili diplom proqramlarının imzalanmasının zəruri olduğunu diqqətə çatdırıb.

Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abdulqafor Kirgizbayev elm və təhsil sahəsində ortaq layihələrin hər iki universitetin inkişafına fayda verəcəyinə əminliyini  ifadə edib, pedaqogika, psixologiya istiqamətləri üzrə geniş əməkdaşlıq imkanlarının olduğunu deyib.

Görüşdə iki ali təhsil müəssisəsi arasında ikili diplom proqramlarının inkişaf etdirilməsi, müəllim və tələbə mübadiləsinin sürətləndirilməsi, birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026