BDU-da Üzeyir Hacıbəylinin 140 illik yubileyi və Milli Musiqi Günü qeyd olunub

18/09/2025

Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzi Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi və 18 sentyabr - Milli Musiqi Günü münasibətilə ədəbi-bədii kompozisiya hazırlayıb.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ilə əlaqədar Sərəncam imzalayıb. Azərbaycan musiqisinin inkişafında əvəzsiz rol oynayan Üzeyir Hacıbəylinin yubileyi ilə əlaqədar bu il ölkəmizdə təntənəli mərasimlər keçirilir.

Kompozisiyada dahi bəstəkarın mahnılarından ibarət kompozisiyalar, “Sənsiz" romansı, "Simayi-şəms" zərb muğamı, “Koroğlu” uvertürası və bəstəkar mahnılarından ibarət popuri təqdim olunub.

 

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026