BDU-da Üzeyir Hacıbəylinin irsi öyrənilir

22/04/2025

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika, Tarix, Filologiya, Sosial elmlər və psixologiya fakültələrinin Tələbə Elmi cəmiyyətlərinin (TEC) birgə təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı, istedadlı publisist, dramaturq və pedaqoq Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş “Üzeyir Hacıbəyli: dahilik pəncərəsindən baxış” adlı elmi seminar keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib. Sonra Üzeyir Hacıbəylinin həyat yolunu və fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilib.

Elmi seminarda BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin I kurs tələbəsi Xədicə Abdulhəmidli “Üzeyir Hacıbəylinin əsərlərinə psixoloji aspektdən baxış”, Tarix fakültəsinin II kurs tələbəsi Çimnaz Nurəliyeva “Üzeyir Hacıbəyli tarixçilərin gözü ilə”, Filologiya fakültəsinin II kurs tələbəsi, fakültə TEC-in sədri Nəzrin Əliyeva “Üzeyir Hacıbəylinin satirik hekayələri filoloji konteksdə” və Jurnalistika fakültəsinin III kurs tələbəsi, fakültə TEC-in sədri Nurlan Cəbrayılzadə isə “Üzeyir Hacıbəylinin publisistikası” mövzusunda məruzə ilə çıxış ediblər. Məruzəçilər ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən,  fədakar ziyalı olan Üzeyir Hacıbəylinin fəaliyyətini müxtəlif aspektlərdən təhlil ediblər.

BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Bayramlı, Milli mətbuat tarixi kafedrasının dosenti Aygün Əzimova və Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, dosent Mehman Abdullayev Üzeyir Hacıbəylinin dolğun ictimai-siyasi fəaliyyətinin azərbaycançılıq məfkurəsi ilə yoğrulduğunu qeyd ediblər. Bildiriblər ki, tələbə gənclərin bu mövzuya belə həssaslıqla yanaşması və araşdırması təqdirəlayiq addımdır.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026