BDU-da “Zəfər dastanı” esse müsabiqəsinin nəticələri açıqlanıb

25/11/2022

Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin tələbələr arasında 8 Noyabr - Zəfər Günü münasibətilə elan etdiyi “Zəfər dastanı” mövzusunda esse müsabiqəsi başa çatıb. Müsabiqədə BDU-nun 44 tələbəsi iştirak edib. Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndirilib.

Müsabiqə komissiyasının qərarı ilə I yerə Mexanika-riyaziyyat fakültəsinin I kurs tələbəsi Günel Hüseynova, II yerə Filologiya fakültəsinin II kurs tələbələri Zərintac Şükürzadə və Səbinə İslamova, III yerə Jurnalistika fakültəsinin III kurs tələbəsi Nəzrin Gəncəliyeva və Tarix fakültəsinin II kurs  tələbəsi Lalə Mollayevanın esseləri layiq görülüb.

Qalib gəlmiş tələbələr diplom və pul mükafatı ilə təltif edilib. Onların məqalələri BDU-nun rəsmi saytında, sosial mediada və “Bakı Universiteti” qəzetində dərc olunacaq.

Qalibləri təbrik edirik!

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026