BDU-da Zəfər fləşmobu

05/11/2022

Bakı Dövlət Universitetində (BDU) Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş fləşmob keçirilib. Fləşmob iştirakçıları Universitetin həyətində 44 rəqəmi formasında düzülərək “Qarabağ Azərbaycandır!” şüarını səsləndiriblər.

BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə həmçinin “Xarıbülbül” aksiyası da keçirilib. Aksiya çərçivəsində tələbələr Universitetin həyətində 3000-dən çox “Xarıbülbül” döş nişanı-sancağını professor-müəllim heyəti və tələbələrə paylayıblar.

Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində qələbənin əsas simvolu olan “Xarıbülbül” sancağının Zəfər Günündə taxılmasının ənənə halını alması və bütün dünyaya Azərbaycan xalqının birliyini nümayiş etdirməkdir.

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026