BDU-da "Zəfərə gedən yol" adlı tədbir keçirilib

13/07/2021

Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə  "Zəfərə gedən yol" adlı onlayn tədbir keçirilib.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının xatirəsi yad edilib.

Sonra Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekan müavini Şamo Cəbrayılov, fakültənin TGT sədri Röya Abbasova, fəal tələbələr - Təranə Məmmədli, Gülüstan Muxtarova, Toğrul Məlikzadə, Vəfa Vəlişli və Səbinə Əsədova çıxış ediblər. Çıxışlarda Ermənistan silahlı qüvvələrinin dövlətimizə qarşı növbəti silahlı təxribat törətməsi, qüdrətli Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratması, şanlı Qələbəmiz haqqında söz açıblar.

Sonra Tovuz döyüşləri şəhidlərinin xatirəsi anılıb və "14 iyul 2020-ci il Tovuz döyüşləri" adlı videoçarx nümayiş olunub.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026