BDU-da “Zəfərə gedən yol” adlı tədbir keçirilib

04/11/2025

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış böyük Zəfərin 5 illiyinə həsr olunmuş “Zəfərə gedən yol” adlı tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fizika fakültəsinin dekanı, professor Bəxtiyar Paşayev “Zəfərə gedən yol” mövzusunda məruzə edərək, böyük Zəfərin əldə olunmasında Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdikləri çoxşaxəli fəaliyyətin mühüm rol oynadığını vurğulayıb. O, Zəfərimizin tarixi, mənəvi, siyasi və iqtisadi əhəmiyyətindən danışıb, həmçinin fakültənin məzunlarından olan Milli qəhrəmanlar Rövşən Hüseynov və Vahid Quliyevin I Qarabağ müharibəsində, şəhidlər Şəhriyar Həbibi və Fikrət Zeynallının isə Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqları xatırladıb.

Tədbir çərçivəsində Fizika fakültəsi könüllülərinin hazırladıqları Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Sonra Yarımkeçiricilər fizikası kafedrasının professoru, YAP Veteranlar Şurasının üzvü, II dərəcəli dövlət müşaviri Adilə Abbasova və Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri, Laçın rayonunda doğulmuş Maarif Cəfərov çıxış edərək tarixi Qələbənin əhəmiyyətindən danışıblar.

Optika və molekulyar fizika kafedrasının baş müəllimi Lətif Əliyev Zəfərə həsr edilmiş təqdimatla çıxış edib. O, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” ifadəsinin səs spektrinin hazırlanaraq “Səs imzası” adlı xalça şəklində işlənildiyini qeyd edib.

Tədbirin bədii hissəsində fakültənin I kurs tələbəsi Aysun Hüseynova Zəfərə həsr etdiyi esse ilə çıxış edib, tələbələr Fatimə Cəfərova və Sevgi Şirinova isə Vətən mövzusunda şeirlər səsləndiriblər. Tədbir fakültə əməkdaşı Sona Güləhmədovanın “Yaşa, Azərbaycan” mahnısı ilə başa çatıb.

 

Xəbərlər

BDU-nun tələbə və məzunları üçün “Gələcəyin müəllimləri” təqaüd proqramı ilə bağlı infosessiya

BDU-nun tələbə və məzunları üçün “Gələcəyin müəllimləri” təqaüd proqramı ilə bağlı infosessiya
26/12/2025

Çinin Fudan Universitetinin nümayəndə heyəti BDU-da

Çinin Fudan Universitetinin nümayəndə heyəti BDU-da
26/12/2025

BDU Özbəkistanın Daşkənd Angren Universiteti ilə əməkdaşlıq edəcək

BDU Özbəkistanın Daşkənd Angren Universiteti ilə əməkdaşlıq edəcək
26/12/2025