BDU-da Zəfər Günü ilə bağlı kitab sərgisi

06/11/2024

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası 8 Noyabr – Zəfər Günü ilə bağlı ənənəvi kitab sərgisi təşkil edib.

Sərgidə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iradəsi, qətiyyəti, müdrik və uzaqgörən siyasəti nəticəsində azad edilmiş torpaqların tarixi xronologiyası, Vətən müharibəsində Qələbənin əldə edilməsi, ölkəmizin suverenliyi uğrunda döyüşmüş və canlarından keçmiş Vətən oğulları haqqında Azərbaycan, rus və ingilis dillərində 50-yə yaxın kitab yer alır.

Sərgidə “Milli Qürurumuzun Zəfəri” (G. Kərimova, İ. Qaracallı), “Zəfər yolu”, “44 günlük diplomatiya dərsləri”, “Tarix yazan 44 gün” (R. Adilqızı), “Vətən müharibəsinin tarixi-siyasi dərsləri” (A. Mirzəzadə), “Müzəffər Komandan” (İ. Əliyeva), “Vətən və iman” kimi kitablar, həmçinin 2021-ci ildə BDU-da nəşr olunmuş “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə müsahibələri”, “Vətən müharibəsi dövründə Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışları”, “Vətən müharibəsi yerli və xarici mediada”, “Bakı Dövlət Universiteti Vətən müharibəsi dövründə”, “Tarix yazan məzunlar” adlı nəşrlər sərgilənir.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026