BDU-da Zəfər Gününə həsr olunmuş fləşmob keçirilib

02/11/2021

Bakı Dövlət Universitetində (BDU) BDU Tələbə Gənclər Təşkilatı və YAP Yasamal Rayon Təşkilatının birgə təşkilatçılığı ilə  8 Noyabr - Zəfər Gününə həsr olunmuş fləşmob keçirilib. Fləşmob iştirakçıları Universitetin həyətyanı ərazisində Ekologiya və torpaqşünaslıq fakültəsinin I kurs tələbəsi Aysun Heydərovanın  yerdə cızdığı Azərbaycan xəritəsi formasında düzülərək “Qarabağ Azərbaycandır!” şüarını səsləndiriblər.

Fləşmobda həmçinin Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin Şuşanın azad olunması ilə bağlı xalqa müaricəti nümayiş etdirilib, tələbələrin “Zəfər Günü”nə həsr olunan şeirləri səsləndirilib.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2026

BDU-da “Zəfər: mənim gözümdən” adlı hekayə müsabiqəsinin qalibləri müəyyənləşib

BDU-da “Zəfər: mənim gözümdən” adlı hekayə müsabiqəsinin qalibləri müəyyənləşib
16/11/2026

BDU rektoru Elçin Babayev I Gürcüstan-Azərbaycan Rektorlar Konfransında strateji əməkdaşlıq təşəbbüsləri ilə çıxış edib

BDU rektoru Elçin Babayev I Gürcüstan-Azərbaycan Rektorlar Konfransında strateji əməkdaşlıq təşəbbüsləri ilə çıxış edib
16/11/2026