BDU-da “Zəfər” konsert proqramı

03/11/2025

Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının “KönüllüBand” musiqi klubunun təşəbbüsü və BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin dəstəyi ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər” konsert proqramı təşkil olunub.

BDU-nun rektoru Elçin Babayev tələbə və müəllimləri qürur və şərəf bayramı olan Zəfər Günü münasibətilə təbrik edib. O diqqətə çatdırıb ki, bu qələbə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi,  Ordumuzun şücaəti, xalqımızın vəhdəti ilə qazanılıb. Zəfər Günü gələcək nəsillərə vətənpərvərlik və azadlıq uğrunda əbədi mübarizə ruhunu ötürür. Daha sonra rektor konsert proqramında iştirak edən Xalq artisti Alim Qasımova, Əməkdar artistlər Elnarə Abdullayeva və Fərqanə Qasımovaya təşəkkürünü bildirib.

Proqramda çıxış edən xüsusi qonaqlar - Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova “Azərbaycan himni” və “Qarabağ türküsü”, Əməkdar artist Elnarə Abdullayeva “Naçar gedər”, “Azərbaycan” mahnılarını ifa ediblər. BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin solistləri və rəqs qrupu, “KönüllüBand” musiqi klubunun üzvləri “Sən qalibsən!”, “Xudayar təsnifi”, “Qarabağ”, “Azərbaycan” adlı musiqi, “Qavalla rəqs”, “İgidlər rəqsi” nömrələri ilə çıxış ediblər. Zəfər əhval-ruhiyyəli konsert proqramı gənclərin böyük marağına səbəb olub.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026