BDU-da “Zəfər: mənim gözümdən” adlı hekayə müsabiqəsinin qalibləri müəyyənləşib

16/11/2026

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının Filologiya fakültəsi üzrə könüllülərinin təşəbbüsü ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər: mənim gözümdən” adlı hekayə müsabiqəsinin qalibləri elan olunub.

Müsabiqəyə Universitetin müxtəlif fakültələrinin tələbələrinin 20-yə yaxın hekayəsi təqdim olunub. Təşəbbüs tələbələrin yaradıcılıq potensialının üzə çıxarılması, bədii yazı bacarıqlarının inkişaf etdirilməsi və Zəfər Gününün ədəbi yaradıcılıq vasitəsilə təbliği məqsədi daşıyıb.

Müsabiqənin nəticələrinə əsasən, Filologiya fakültəsinin I kurs tələbəsi Zəhra Sərkərova I, Ekologiya və torpaqşünaslıq fakültəsinin I kurs tələbəsi Fatimə Dünyamalıyeva II, Coğrafiya fakültəsinin IV kurs tələbəsi Varis Əhmədli isə III yerə layiq görülüb.

Qalibləri təbrik edir, müsabiqədə iştirak edən bütün tələbələrə təşəkkürümüzü bildiririk.

Xəbərlər

BDU-da “Zəfər: mənim gözümdən” adlı hekayə müsabiqəsinin qalibləri müəyyənləşib

BDU-da “Zəfər: mənim gözümdən” adlı hekayə müsabiqəsinin qalibləri müəyyənləşib
16/11/2026

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026