BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: “Qələbənin izi ilə”

02/11/2026

Bakı Dövlət Universitetində (BDU) “YENİ Klub”un Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin üzvlərinin təşkilatçılığı ilə “Zəfərin 44 sütunu” layihəsi çərçivəsində “Qələbənin izi ilə” adlı tədbir keçirilib.

Klub üzvü Rəvan Azayevin moderatorluğu ilə keçən görüşdə BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekan müavini Elmar Dadaşov, Beynəlxalq münasibətlər kafedrasının dosenti Əlimusa İbrahimov, Politologiya və sosiologiya kafedrasının müəllimi Məftunə Abdullayeva çıxış ediblər.

Çıxışlar zamanı Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyəti və milli birliyin Zəfərin qazanılmasında rolu barədə ətraflı məlumat verilib. Natiqlər gənclərin milli tariximizə və dövlətçilik dəyərlərinə bağlılığının gücləndirilməsinin, həmçinin Zəfər tariximizin gələcək nəsillərə ötürülməsinin vacibliyini xüsusi vurğulayıblar.

Tədbirdə qeyd olunub ki, 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyan və Cənubi Qafqazda yeni reallıqlar yaradan bu tarixi uğur illər ərzində düşünülmüş və formalaşdırılmış strategiyanın nəticəsidir. Həmin strategiyanın əsasını isə üç mühüm amil – müasir ordu quruculuğu, diplomatik-hüquqi bazanın möhkəmləndirilməsi və sarsılmaz xalq-dövlət birliyini təcəssüm etdirən “Dəmir yumruq” təşkil edib.

Görüş tələbələrlə qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə davam edib.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”
02/11/2026

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub