BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

11/11/2026

Bakı Dövlət Universitetinin (BDU) “YENİ Klub”unun Coğrafiya, Ekologiya və torpaqşünaslıq fakültələri üzrə üzvlərinin təşkilatçılığı ilə “Zəfərin 44 sütunu” layihəsi çərçivəsində “Zəfərin toponimik izləri” adlı tədbir keçirilib.

Qarabağ və Şərqi Zəngəzurun zəngin toponimik irsinə, coğrafi adların mənşəyinə, tarixi və etimoloji xüsusiyyətlərinə həsr olunan tədbir əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Coğrafiay fakültəsinin dekanı Məqsəd Qocamanov Qarabağ və Şərqi Zəngəzurun tarixi-coğrafi irsinin, bölgənin coğrafi adlarının araşdırılmasının tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sonra Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının dosenti Elxan Nuriyev mövzu ilə bağlı geniş məruzə edib. O, azad edilmiş ərazilərimizdəki coğrafi adların yaranma tarixi, etimoloji xüsusiyyətləri, bu adların xalqımızın etnik mənsubiyyətini və mədəni keçmişini əks etdirməsi barədə ətraflı məlumat verib. Dosent bölgənin toponimik irsinin qorunmasının tarixi həqiqətlərin yaşadılması və milli kimliyin möhkəmləndirilməsi yolundakı rolunu diqqətə çatdırıb.

Gənclərin Azərbaycanın tarixi-coğrafi irsinə marağının artırılması və Qarabağ həqiqətlərinin elmi müstəvidə təbliği məqsədini daşıyan tədbir interaktiv müzakirələr və sual-cavab sessiyası ilə yekunlaşıb.

 

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
11/11/2026

BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib

BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib
04/11/2026

BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi

BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi
04/11/2026