BDU-da “Ziya Göyalp-150: fikirləri, irsi və Türk dünyası” mövzusunda tədbir

14/05/2026

Bakı Dövlət Universitetində (BDU) “Türkiyə və türkologiya konfransları” layihəsi çərçivəsində Şərqşünaslıq fakültəsi və Yunus Emre İnstitutunun birgə təşkilatçılığı ilə “Ziya Göyalp-150: fikirləri, irsi və Türk dünyası” mövzusunda tədbir keçirilib.

Tədbirin açılışında BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Farid Nağıyev çıxış edərək Ziya Göyalpın türk düşüncə tarixində xüsusi yerə malik olduğunu, onun ideyalarının bu gün də Türk dünyasının inteqrasiya prosesində aktuallığını qoruduğunu bildirib.

Yunus Emre İnstitutunun Azərbaycan üzrə koordinatoru Gökhan Seyhan isə belə tədbirlərin ortaq türk mədəniyyətinin və elmi əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıb.

Hacettepe Universitetinin Türk Araşdırmaları İnstitutunun direktoru Yunus Koç Ziya Göyalpın Türk dünyasına gətirdiyi elmi yanaşmadan, milli kimlik və modernləşmə məsələlərinə baxışından bəhs edib. BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, Bakı Slavyan Universitetinin Balkan araşdırmaları kafedrasının müdiri Nurlana Qasımlı Mustafayeva və Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru, jurnalist və şair Dəyanət Osmanlı çıxışlarında Ziya Göyalpın türk xalqlarının ortaq mədəni yaddaşının formalaşmasındakı rolundan, milli kimlik və dil anlayışına verdiyi töhfələrdən, eləcə də Türk dünyasında mədəni və ideoloji birliyin gücləndirilməsi istiqamətində irəli sürdüyü fikirlərin aktuallığından danışıblar.

Xəbərlər

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026