BDU-da Əziz Mirəhmədovun 100 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilib

17/12/2020

Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Mirəhmədovun 100 illik yublieyinə həsr edilmiş “Azərbaycanda kitab və kitabxana mədəniyyəti” mövzusunda onlayn Respublika elmi konfransı keçirilib.

BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev konfransı giriş sözü ilə açaraq bildirib ki, 2020-ci ildə görkəmli ədəbiyyatşünas və mətnşünas alim Əziz Mirəhmədovun anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə ölkə Prezidenti cənab İlham Əliyev 28 fevral 2020-ci il tarixində “Əziz Mirəhmədovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamda görkəmli alimin elmi irsinə yüksək dəyər verilmiş, onun ədəbiyyat tariximizin sistemli tədqiqində olan xidmətləri xüsusi vurğulanıb. Ə.Ağamirzəyev qeyd edib ki, Əziz Mirəhmədovun bütünlüklə irsinin tədqiqinin əhəmiyyətini və eyni zamanda onun kitab və kitabxana mədəniyyəti sahəsindəki sanballı araşdırmalarını nəzərə alaraq görkəmli alimin 100 illik yubileyi münasibətilə mühüm elmi nəticələri müzakirə etmək məqsədi ilə BDU-da “Azərbaycanda kitab və kitabxana mədəniyyəti” mövzusunda Respublika elmi konfransının keçirilməsi haqqında qərar qəbul olunub. Universitet rəhbərliyi adından konfransın işinə uğurlar arzulayan Ə.Ağamirzəyev konfransda ediləcək məruzələrin aktual mövzulara həsr olunduğunu diqqətə çatdırıb.

Sonra konfrans işini Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı vəzifəsini icra edən Ələmdar Bayramovun moderatorluğu ilə davam etdirib. Konfransın plenar iclasında AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini Aygün Bağırlı “Əziz Mirəhmədov - görkəmli ədəbiyyatşünas və mətnşünas alim kimi”, Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova “Əziz Mirəhmədov və Azərbaycanda kitab və kitabxana mədəniyyəti”, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri Məmmədəli Babaşlı “Azərbaycanda kitab və kitabxana mədəniyyətinin inkişafında məscid və mədrəsə kitabxanalarının rolu”, BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov “Əziz Mirəhmədov və Azərbaycan biblioqrafiya mədəniyyəti”, BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan “Əziz Mirəhmədovun fəaliyyətində mətnşünaslğın və kitabşünaslığın elmi-nəzəri problemləri” mövzularında məruzə ilə çıxış ediblər.

Daha sonra konfrans öz işini bölmə iclasında davam etdirib, çoxsaylı məruzələr dinlənilib. Məruzələrdə ədəbiyatşünaslıq, mətnşünaslıq, kitab və kitabxana mədəniyyəti sahələrini əhatə edən aktual məsələlər öz əksini tapıb.

Xəbərlər

BDU nümayəndə heyəti Bişkek Dövlət Universitetinin rektoru ilə görüşüb

BDU nümayəndə heyəti Bişkek Dövlət Universitetinin rektoru ilə görüşüb
20/12/2024

BDU ilə Bişkek Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Bişkek Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
20/12/2024

BDU-da uşaq ədəbiyyatı üzrə biblioqrafik resurslar araşdırılıb

BDU-da uşaq ədəbiyyatı üzrə biblioqrafik resurslar araşdırılıb
20/12/2024