BDU-da “Zəka pillələri” intellektual oyunu

12/05/2026

“BDU könüllüləri” təşkilatının nəzdində fəaliyyət göstərən “Evrika” İntellektual Oyunlar Klubunun təşəbbüsü ilə “Zəka pillələri” intellektual oyunu keçirilib.

Yarış seçim və final olmaqla iki mərhələdən ibarət olub. Seçim mərhələsi “Nə? Harada? Nə zaman?” tipli, final isə “Xəmsə” oyunu formatında təşkil olunub. Müxtəlif sahələri əhatə edən suallar iştirakçıların həm dünyagörüşünü, həm də çevik düşüncə qabiliyyətini yoxlamağa xidmət edib.

13 komandanın iştirak etdiyi seçim mərhələsinin nəticələrinə əsasən, “İmarət”, “Paradoks”, “Teseyin gəmisi”, “160 VİBES” komandaları final turuna vəsiqə qazanıb.

Final turunda isə “160 VİBES” komandası I, “Paradoks” komandası II, “Tesey gəmisi” komandası isə III yerə layiq görülüb.

Xəbərlər

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026

BDU-nun professoru Adilə Abbasova vəfat edib

BDU-nun professoru Adilə Abbasova vəfat edib
29/10/2026

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
28/10/2026