"BDU-dan beynəlxalq təcrübəyə" layihəsinin ilk seminarı

25/02/2026

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə məzunlar üçün nəzərdə tutulmuş "BDU-dan beynəlxalq təcrübəyə" layihəsinin onlayn formatda ilk seminarı keçirilib. Layihənin məqsədi tələbə və məzunları xaricdə təhsil almış, təhsilini davam etdirən və ya çalışan BDU məzunlarının uğur hekayələri ilə tanış etməkdir. Layihə çərçivəsində təşkil olunan bu görüş gənclərin qlobal karyera imkanları barədə məlumatlandırılması baxımından xüsusi əhəmiyyət kəsb edib.

Tədbirin açılışında Mərkəzin Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova və Məzunlarla iş şöbəsinin mütəxəssisi Fidan İsmayılova layihənin məqsədi və məzunların beynəlxalq mühitdə praktiki bilik və bacarıqlarının inkişafının əhəmiyyəti barədə məlumat veriblər.

Seminarda BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin məzunu, hazırda Almaniyanın MEDIAN Psixosomatik və Psixoterapiya Klinikasında klinik psixoloq kimi fəaliyyət göstərən Nigar Ramilova “Almaniyada klinik psixoloq kimi işləmək: real proses və çətinliklər” mövzusunda çıxış edib. O, diplomların tanınması, peşə fəaliyyətinə icazə, ixtisasartırma və praktiki hazırlıq mərhələləri barədə məlumat verib. Klinik psixoloq çıxışı zamanı psixologiya sahəsində xaricdə təhsil və karyera planlayan tələbə və məzunlara erkən mərhələdə dil hazırlığına başlamağı, diplomların tanınması prosedurlarını əvvəlcədən araşdırmağı və peşəkar adaptasiya prosesinə hazırlaşmağı tövsiyə edib.

Seminar interaktiv formada davam edib, iştirakçılar beynəlxalq əmək bazarı və psixologiya sahəsində karyera imkanları barədə ətraflı məlumat əldə ediblər.

 

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür
26/04/2026

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq
24/04/2026

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb
24/04/2026