BDU-dan Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə kitab hədiyyəsi

10/06/2024

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) 300 nüsxədən çox kitab hədiyyə edib. Kitabxananın mübadilə-ehtiyat fondundan Səbail rayon MKS-in filiallarında daha çox ehtiyac duyulan elmi, bədii, tədris ədəbiyyatı seçilərək təhvil verilib. Hədiyyə olunan ədəbiyyatların içərisində BDU-nun “Nəşr Evi”ndə çap olunan “Bakı Universitetinin Xəbərləri” jurnalının son illərdəki buraxılışları, ayrı-ayrı fakültələrin keçirdiyi konfransların materialları, həmçinin Universitetin professor-müəllim heyətinin müəllifi olduğu dərslik və dərs vəsaitləri yer alıb.

Hədiyyə olunan nəşrlər Səbail rayon MKS-in fondunun zənginləşməsinə, oxucularının sayının artmasına, onların bilik səviyyəsi və şəxsi təhsilinin yüksəlməsinə köməklik göstərəcək.

Xəbərlər

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026

BDU-da “İdman diplomatiyası və strateji kommunikasiya” mövzusunda təlim

BDU-da “İdman diplomatiyası və strateji kommunikasiya” mövzusunda təlim
11/11/2026