BDU-HUJI ikili diplom proqramı üzrə qəbul elan edir!

23/07/2026

Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universiteti (HUJI) birgə “Biotexnologiya” ixtisasının “Bitki biotexnologiyası” ixtisaslaşması üzrə ikili diplom proqramına qəbul elan edir.

HUJI – dünya reytinqində TOP 300-də qərarlaşan, əsası Albert Eynşteyn və məşhur biokimyaçı, İsrailin ilk prezidenti Haym Veyzman tərəfindən qoyulmuş qabaqcıl təhsil və elm ocağıdır. Əgər beynəlxalq səviyyədə tanınan iki universitetin magistr diplomuna sahib olmaq, dünyanın aparıcı alimləri ilə işləmək və elmi fəaliyyətinizi qlobal mühitdə inkişaf etdirmək istəyirsinizsə, bu proqram məhz sizin üçündür.

Proqramın üstünlükləri:

- İki nüfuzlu universitetin magistr diplomu;

- Beynəlxalq səviyyədə tanınan təhsil;

- Müasir laboratoriyalarda elmi-tədqiqat imkanları;

- Dünyanın aparıcı alimləri və tədqiqatçıları ilə əməkdaşlıq;

- Akademik və peşəkar karyera üçün geniş beynəlxalq perspektivlər;

- Təhsil və yaşayış xərcləri tam maliyyələşdirilir.

İkili diplom proqramına kimlər müraciət edə bilər?

“Biologiya”, “Biologiya müəllimliyi”, “Kimya”, “Kimya müəllimliyi”, “Kimya mühəndisliyi”, “Fizika”, “Fizika müəllimliyi” və ya “Ekologiya” ixtisasları üzrə bakalavr dərəcəsi olanlar və bu il ölkə universitetlərindən birinə qəbul olmuş magistrantlar.

Namizədlər üçün əsas tələblər:

- Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) – 80 və yuxarı

- IELTS 6.0+ və ya TOEFL iBT 89+ (və ya bu sertifikatı yaxın zamanda əldə etməyi planlaşdıran namizədlər)

Gələcəyini beynəlxalq diplomla formalaşdır!

Beynəlxalq ikili diplom proqramı “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 iyul 673 nömrəli sərəncamı çərçivəsində dövlət hesabına maliyyələşdirilir.

Xəbərlər

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır
23/07/2026

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə məzunların buraxılış mərasimi

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə məzunların buraxılış mərasimi
23/07/2026

BDU-HUJI ikili diplom proqramı üzrə qəbul elan edir!

BDU-HUJI ikili diplom proqramı üzrə qəbul elan edir!
23/07/2026