BDU Kamerunun Kesmonds Beynəlxalq Universiteti ilə əməkdaşlığa başlayır

19/02/2026

Bakı Dövlət Universiteti (BDU) ilə Kamerun Respublikasının Kesmonds Beynəlxalq Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Kesmonds Beynəlxalq Universitetinin rektoru Atanga D. Funvie imzalayıblar.

Memoranduma əsasən, hər iki universitetin nəzdində fəaliyyət göstərən fakültə, institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Sənəddə konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kurs və təlimlərin təşkili, ortaq elmi-tədqiqat işlərinin aparılması öz əksini tapıb.

Elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramlar, tədris planları və sillabusların işlənib hazırlanması, eləcə də akademik və inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların qarşılıqlı mübadiləsi də əməkdaşlıq istiqamətləri sırasındadır.

Əsası 2010-cu ildə qoyulmuş Kesmonds Beynəlxalq Universiteti Kamerun Respublikasının nüfuzlu ali təhsil müəssisələrindən biri hesab olunur.

 

Xəbərlər

Müzəffər Komandan, qalib Ordu

Müzəffər Komandan, qalib Ordu
26/06/2026

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır
25/06/2026

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”
25/06/2026