BDU-nun 100 illik yubileyi münasibətilə ADMİU-da dəyirmi masa keçirilib

07/11/2019

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dəyirmi masa keçirilib.

BDU-nun rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti ADMİU-da olub. Qonaqlar Universitetin sərgi salonu, fakültə və kafedraları, habelə tədris auditoriyaları ilə tanış olub, Aktyor sənəti ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələrinin ifasında nümayiş olunan “Danabaşlar” tamaşasına baxıblar. Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, “Danabaş kəndinin məktəbi”, “Poçt qutusu” əsərləri və bir neçə felyetonun səhnələşdirməsi əsasında hazırlanan tamaşa qonaqlar tərəfindən maraqla qarşılanıb.

Sonra BDU və ADMİU rəhbərliyinin, professor-müəllim heyətinin və tələbələrinin iştirakı ilə dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova BDU-nun 100 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib, universitetin tarixindən, xalqımızın inkişafında oynadığı roldan danışıb. Rektor Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, yüzlərlə görkəmli alim, tanınmış ictimai xadim və yaradıcı ziyalılar yetişdirən universitetin 100 illik yubileyi çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlərin keçirildiyini qeyd edib, yubileylə əlaqədar növbəti tədbirin ADMİU-da keçirilməsindən məmnunluq duyduğunu bildirib.

ADMİU-nun rektorunun Humanitar məsələlərlə iş üzrə müşaviri, professsor Aqşin Babayev, dosent Nigar Rüstəmova, Tədrisin elektron idarə edilməsi və imtahanların təşkili şöbəsinin müdiri Turxan Süleyman çıxış edərək, BDU haqqında xatirələrini danşıb, bu ali təhsil ocağının onların həyatlarında nə qədər mühüm rol oynadığından bəhs ediblər.

BDU-nun rektoru Elçin Babayev tədbirin təşkilinə görə universitet rəhbərliyinə təşəkkür edib. Müsəlman Şərqində avropatipli ali təhsil ocağı olan ADMİU-nun bundan sonra da Azərbaycan mədəniyyəti və insəcənəti üçün peşəkar kadr hazırlığında müstəsna rol oynadığını bildirib.
Bakı Dövlət Universitetinin 100 il ərzindəki fəaliyyəti və uğurları barədə geniş məlumat verən rektor Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin universitetin inkişafına daimi diqqət və qayğı göstərdiyini bildirib. Universitetin əsas inkişaf istiqamətinin təhsil, elm, innovasiyalar, sosiallıq və beynəlmiləlləşmək olduğunu diqqətə çatdıran rektor universitetin növbəti 100 illiyə yeni enerji ilə qədəm qoyaraq daha böyük uğurlar qazanacağına əminliyini ifadə edib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024