BDU-nun 100 illik yubileyi münasibətilə vətənpərvərlik ruhunda tədbir keçirilib

12/11/2019

Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə başlanan mədəni-kütləvi tədbirlər çərçivəsində universitetdə vətənpərvərlik ruhunda tədbir keçirilib. Qarabağ müharibəsi iştirakçısı, “Azərbaycan bayrağı” ordeni kavaleri, kəşfiyyat-diversiya dəstəsinin keçmiş komandiri İbad Hüseynliyə həsr edilmiş film nümayiş olunduqdan sonra qəhrəmana söz verilib. Qarabağ müharibəsində zəngin döyüş yolu keçmiş İbad Hüseynli Bakı Dövlət Universitetinin 100 illik yubileyi ərəfəsində BDU-da olmaqdan məmnunluq hissi keçirdiyini dilə gətirib, universitetin professor-müəllim, tələbə heyətini yubiley münasibətilə təbrik edib. İştirakçısı olduğu döyüşlərdən, vətənpərvərlikdən bəhs edən qəhrəman tələbə-gənclərə “Millətini, vətənini sevən hər kəs qəhrəmandır. Çünki vətənpərvər olmasan, qəhrəman da ola bilməzsən” deyib.

Şairə jurnalist Gülşən Behbud qəhrəman haqqında fikirlərini bölüşdükdən sonra vətənpərvərlik ruhunda şeirlər səsləndirilib. Tədbirin bədii hissəsi müğənni Səyyad Əlizadənin ifası ilə yekunlaşıb.

Tədbirin sonunda  çıxış edən BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Qarabağ müharibəsi iştirakçısı İbad Hüseynliyə, müğənni Səyyad Əlizadəyə universitetin 100 illiyinə verdikləri töhfəyə görə təşəkkürünü bildirib.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026