BDU-nun 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans davam edir

29/08/2019

Bakı Dövlət Universitetində bu ali məktəbin 100 illik yubileyinə həsr olunan “Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransı (IECMSA-2019) davam edir.

Bölmə iclaslarında müxtəlif xarici ölkə alimləri müzakirələr aparırlar.
İtaliya, Rumıniya, Türkiyə, Fransa, Almaniya, İran, Latviya, Ukrayna, Rusiya, Norveç, Çin, Çex Respublikası, Avstraliya, Qazaxıstan, Hindistan, Özbəkistan, Uruqvay, Birləşmiş Ərəb Əmirlikləri, Portuqaliyanın aparıcı universitetləri və araşdırma mərkəzlərindən olan tədqiqatçıların qatıldığı konfransın bölmə iclaslarında “Silindrik strukturların Eddi cərəyan testindən keçirmək üçün riyazi model”, “Əyriliyin stabilləşməsi və istilik enerjisi ilə idarə olunan cərəyanlar”, “Matrisa transformasiyaları”, “Həndəsə və topologiya sahəsində laylanma fəzalarında lift problemləri” və digər mövzularda məruzələr dinlənilib.

Beynəlxalq tədbir BDU-nun əsas tərəfdaşlığı və Türkiyənin Sakarya, Beynəlxalq Balkan Universiteti, Firat Universiteti, Təkirdağ Namiq Kamal Universiteti, Kocaeli Universiteti, Amasya Universiteti, Qazi Universiteti və Türk Dünyası Riyaziyyat Cəmiyyətinin dəstəyi ilə reallaşdırılıb. Konfransa 43 ölkədən 243 elmi məruzə daxil olub.

Əsas işçi dili ingilis dili olan konfrans avqustun 30-da başa çatacaq.


Mətbuat və informasiya şöbəsi, 29 avqust 2019-cu il.

KIV-də yayımlananlar

Xəbərlər

BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub

BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub
27/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir
27/08/2026

“GeoCamp” Tələbə yay düşərgəsində gecə müşahidəsi və “Kvest” oyunu keçirilib

“GeoCamp” Tələbə yay düşərgəsində gecə müşahidəsi və “Kvest” oyunu keçirilib
27/08/2026