BDU-nun 100 illiyi münasibətilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib

04/03/2019

Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə bu ali təhsil müəssisəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə çempionat keçirilib. Yarışmaya respublikanın müxtəlif universitetlərini təmsil edən 300 nəfərdən artıq tələbədən ibarət 51 komanda qatılıb. BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən çempionat üç turdan ibarət olub gərgin mübarizə şəraitində keçib.

Yarışın nəticəsi olaraq Bakı Dövlət Universiteti ilk yerin qalibi olub. Növbəti yerləri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə UNEC komandaları bölüşüb.

Qeyd edək ki, yarışmada, eyni zamanda, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin komandaları da iştirak ediblər.

 

Mətbuat və informasiya şöbəsi, 04 mart 2019-cu il.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026