BDU-nun 105 illik yubileyi çərçivəsində SABAH qruplarının təqdimatı

25/12/2024

Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində SABAH qruplarının təqdimatı keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin və "Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirmiş şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov ölkə ali təhsilinin flaqmanı olan Bakı Dövlət Universitetinin əsasını qoyduğu elm və təhsil ənənəsinin uğurla davam etdiyini deyib. O bildirib ki, SABAH qrupları tələbələrin intellektual və yaradıcılıq potensialının inkişafı və ixtisaslar üzrə biliklərə tam yiyələnməsini, ali təhsilin keyfiyyətinin yüksəldilməsini və tədrisin təşkilində mütərəqqi forma və metodların tətbiqini təmin etmək məqsədilə yaradılıb. BDU-nun  SABAH qrupları bu gün istər göstəriciləri, istərsə də tədris səviyyəsinə görə böyük ümid doğurur. O, 10 illik uğurlu fəaliyyəti ilə klassik təhsilə innovativlik gətirən SABAH-ın gələcəyinin daha parlaq olacağına inandığını bildirib.

BDU-nun SABAH Mərkəzinin rəhbəri Səbinə Ömərova isə qeyd edib ki, 2014-cü ildə 244 tələbə ilə fəaliyyətə başlayan BDU-nun SABAH qruplarında hazırda bakalavriat səviyyəsində 913, magistratura səviyyəsində 240 tələbə təhsil alır. İndiyədək isə BDU-nun SABAH qruplarında 2775 tələbə təhsil alıb.

Sonra SABAH qruplarında tədris prosesi və sosial həyatın təşkilinə dair videoçarxlar nümayiş etdirilib.

Çıxış edən BDU-nun SABAH qruplarının məzunları, Prezident mükafatçısı, “Metatesk” startapının təsisçisi, "Forbes" jurnalının 30 yaşa qədər uğur qazanan 30 nəfərlik siyahısına daxil olan Günay İmanzadə, “SOS” Uşaq Kəndlərinin Azərbaycan üzrə süpervayzeri, eklektik psixoterapevt, “KİM Group”un direktoru David Poladov, “monyo.az” startapının təsisçisi, texnoloq Kamran Qasımov və BDU SABAH qruplarına 2024/2025-ci tədris ilində ən yüksək nəticə ilə qəbul olunan II kurs tələbəsi Ziyad Məmmədcanov SABAH qruplarının onların həyatlarına oynadığı roldan, uğur hekayələrindən söz açıblar.

Xəbərlər

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə qış imtahan sessiyası keçirilir

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə qış imtahan sessiyası keçirilir
17/01/2025

BDU əməkdaşı Makedoniyanın Ss. Kiril və Methodius Universitetində apardığı tədqiqatların nəticələrini təqdim edib

BDU əməkdaşı Makedoniyanın Ss. Kiril və Methodius Universitetində apardığı tədqiqatların nəticələrini təqdim edib
17/01/2025

BDU-nun 537 tələbəsi COP29-da aktiv könüllü fəaliyyətinə görə təltif olunub

BDU-nun 537 tələbəsi COP29-da aktiv könüllü fəaliyyətinə görə təltif olunub
17/01/2025