BDU-nun 10 komandasının 14 layihəsi “TEKNOFEST-2024”ün yarımfinalında

11/06/2024

Dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalı olan “TEKNOFEST-2024” 2-6 oktyabr 2024-cü il tarixlərində Türkiyənin Adana şəhərində keçiriləcək. Festivalda komandalar 46 əsas və 117 alt kateqoriya üzrə yarışacaq.

Bakı Dövlət Universitetinin (BDU) 10 komandası tərəfindən təqdim olunmuş 14 layihə festivalın yarımfinal mərhələsinə vəsiqə qazanıb. BDU komandalarının layihələri “Ağıllı nəqliyyat texnologiyaları”, “Yaşıl texnologiyalar”, “Aqrar texnologiyalar”, “Tibbdə süni intellektin tətbiqi”, “Sosial yönümlü texnologiyalar” və “Turizm texnologiyaları” kateqoriyalarına aiddir.

Yarımfinal mərhələsində komandalardan detallı hesabat sənədi hazırlamaları və layihənin onlayn təqdimatını etmələri tələb olunur. Bu mərhələni də uğurla keçən komandalar “TEKNOFEST-2024”ün final mərhələsinə vəsiqə qazanacaqlar.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026