BDU-nun 1129 bakalavr və magistri yay semestri dərslərində iştirak edir

12/08/2022

Bakı Dövlət Universitetində 2021/2022-ci tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbə və magistrantların fənlər üzrə akademik borcların ləğv edilməsi və ya müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi məqsədilə müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən yay semestri təşkil edilib.

Elmi Şuranın 08 iyul 2022-ci il tarixli, 08 nömrəli qərarına əsasən, BDU-da yay semestrinin ənənəvi qaydada və “Blackboard” elektron tədris platforması vasitəsilə onlayn şəkildə 25 iyul tarixindən 6 həftə ərzində keçirilməsi nəzərdə tutulub. Ümumilikdə yay semestri dərslərində 206 fənn üzrə 1104 bakalavr və 25 magistr iştirak edir.

Xəbərlər

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026