BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb
Bakı Dövlət Universitetinin (BDU) 14 tələbəsi 2026/2027-ci tədris ilini əhatə edən və “PAŞA Holding” tərəfindən beşinci dəfə keçirilən “Əlaçı” təqaüd proqramının qalibi olub.
Onların siyahısını təqdim edirik:
1. Selcan İsmayılzadə - "Hüquqşünaslıq" ixtisası
2. Sevinc Hüseynzadə - "Hüquqşünaslıq" ixtisası
3. Zəhra Babayeva - "Hüquqşünaslıq” (tədris ingilis dilində) ixtisası
4. İlahə Murad - "Hüquqşünaslıq" ixtisası
5. Aygün Qədimova - "Hüquqşünaslıq" ixtisası
6. Nəzrin Şirinova - "Hüquqşünaslıq" ixtisası
7. Vüqarə Mustafayeva - "İnformasiya təhlükəsizliyi" ixtisası
8. Aylin Kərimli - "Hüquqşünaslıq" ixtisası
9. Sənubər Talıbova - "Beynəlxalq münasibətlər" ixtisası
10. Jalə Mirzəyeva - "Hüquqşünaslıq" ixtisası
11. Murad İmanlı - "Hüquqşünaslıq" ixtisası
12. Məhəmməd Qasımov - "Hüquqşünaslıq” (tədris ingilis dilində) ixtisası
13. Selcan Almuradova - "Hüquqşünaslıq” (tədris ingilis dilində) ixtisası
14. Zarina Canmirzəyeva - "Beynəlxalq münasibətlər” (tədris ingilis dilində) ixtisası
Qeyd edək ki, 2022-ci ildən keçirilən “Əlaçı” proqramı II-IV kurs bakalavr tələbələrini əhatə edən və tələbələrə aylıq təqaüd verilməsini nəzərdə tutan təqaüd proqramıdır.
5 il müddətində proqramda iştirak edən tələbələrin ümumi sayı 500-dən çox olub. Bu il proqrama müraciət edən 3000-dən artıq tələbədən 100-ü qalib kimi seçilib. Layihə müddətində 3 aylıq şəxsi inkişaf marafonu, onlayn təlimlər, fərdi mentor dəstəyi, karyera simulyasiyası, şəbəkələşmə görüşləri, “PAŞA Holding”, eləcə də “PAŞA Qrup” şirkətlərinin mütəxəssisləri ilə görüşlər təşkil ediləcək. Bu tədbirlər tələbələrin həm yumşaq bacarıqlarının, həm də karyeralarının inkişafını əhatə edəcək.

