BDU-nun 16 məzunu Dövlət Proqramının qalibi olub

25/08/2023

Bakı Dövlət Universitetinin (BDU) 16 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanıb və nüfuzlu universitetlərdə magistratura təhsili alacaq.
2023/2024-cü tədris ili üçün həyata keçirilən sənəd qəbulunun növbəti nəticələri üzrə magistratura səviyyəsinə qəbul olan 381 namizədin 16 nəfəri BDU-nun məzunudur.
Onlardan 13 nəfəri Birləşmiş Krallıq, 3 nəfəri isə ABŞ-da təhsilini davam etdirəcək. Məzunlardan ikisi ABŞ-ın Harvard Universitetinə qəbul olub.
Məzunlardan 10-u 2023-cü ilin, 6-sı isə əvvəlki illərin məzunlarıdır.
Onlar müasir dövrün tələblərinə cavab verən və gələcəyin ən yaxşı ixtisaslarında təhsil alacaqlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, Azərbaycanın dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdir.
Məzunlarımızı təbrik edir, onlara yeni təhsil pilləsində uğurlar arzu edirik!
Dövlət Proqramının qalibi olan BDU məzunları:


Xəbərlər

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

21 fevral – Beynəlxalq Ana Dili Günüdür
21/02/2025

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək  
21/02/2025

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub
21/02/2025