BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçısıdır

02/09/2026

Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun proqramının qalibi olan 53 nəfərdən 17-si Bakı Dövlət Universitetinin (BDU) məzunudur.

Onlar BDU-nun Hüquq, Tarix, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Kimya, Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin, eləcə də SABAH qruplarının məzunlarıdırlar.

Proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyi və tabe qurumlarının müxtəlif struktur bölmələrində təcrübə keçirlər.

“Maarifçi” tələbə-məzun proqramı 2024-cü ildən təşkil olunur. Proqramın məqsədi tələbə və məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaqdır.

 

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026