Detektiv əsərlər müəllifi tələbələrlə BDU-da görüşüb

14/12/2018

Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, yazıçı Elxan Elatlı ilə universitet tələbələrinin görüşü baş tutub.

Əvvəlcə BDU THİK-in sədr müavini Manaf Talıbov tədbir iştirakçılarını salamlayıb və yazıçı ilə görüşün əhəmiyyətindən danışıb. O, BDU THİK-in mütəmadi olaraq yazıçılarla görüşlər təşkil etdiyini qeyd edib.

Detektiv əsərlər müəllifi Elxan Elatlı, öz növbəsində BDU-da olmasından məmnun olduğunu ifadə edib, yaradıcılığı və əsərləri ilə bağlı tələbələrin suallarını cavablandırıb.

Sonda BDU THİK yazıçı Elxan Elatlıya “Təşəkkürnamə” təqdim edib, xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, Elxan Elatlı BDU-nun Mexanika-riyaziyyat fakültəsinin məzunudur.

Mətbuat və informasiya şöbəsi, 14 dekabr 2018-ci il.

Xəbərlər

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026