BDU-nun 220 tələbəsi “Vəkil olmaq istəyirəm” adlı yay məktəbində

28/07/2022

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Gənclər Fondunun birgə təşkilatçılığı ilə iyulun 15-dən başlayan “Vəkil olmaq istəyirəm” adlı yay məktəbi davam edir.

Bir ay davam edəcək yay məktəbinin əsas məqsədi gənc hüquqşünas tələbələrin yay tətilinin səmərəli təşkil edilməsinə töhfə verməkdən ibarətdir.

Tədbirə ümumilikdə 13 yerli və xarici universitetdən 294 tələbə qatılıb. Onlardan 220-si BDU-nun Hüquq fakültəsinin tələbələridir.
Yay məktəbində prosessual sənədlərin tərtib edilməsi, hüquqi yazı, vətəndaşlarla müsahibələrin keçirilməsi, məsləhətlərin verilməsi qaydaları və natiqlik qabiliyyəti də daxil olmaqla, çoxsaylı mövzular üzrə təlimlər təşkil ediləcək.

Məktəbi uğurla başa vuran hüquqşünas tələbələrə sertifikatlar təqdim olunacaq, proqramı fərqlənmə ilə bitirən 30 tələbə isə bölgələrdə keçiriləcək yay düşərgəsində iştirak etmək hüququ qazanacaq.

Xəbərlər

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub
16/10/2026