BDU-nun 27 məzunu dördüncü "Yüksəliş" müsabiqəsinin finalına vəsiqə qazanıb

12/07/2024

Dördüncü “Yüksəliş” müsabiqəsinin finalına vəsiqə qazanan şəxslərdən 27-si Bakı Dövlət Universitetinin (BDU) məzunudur. Onlardan 18 nəfəri bakalavriatura, 9 nəfəri isə magistratura səviyyəsini bitirib.

Ümumilikdə yarımfinal mərhələsində iştirak edən 315 namizəddən 118-i finala vəsiqə qazanıb. Dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsi iyulun 19-21-də keçiriləcək.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

Müsabiqə qaliblərini bir il ərzində idarəçi rəhbərlərdən - böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.

Xəbərlər

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb
14/10/2026

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub
14/10/2026

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü
14/10/2026