BDU-nun 30 məzunu dünyanın ən nüfuzlu universitetlərində dövlət hesabına təhsil alacaq

05/08/2024

Bakı Dövlət Universitetinin (BDU) 30 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanıb və nüfuzlu universitetlərdə magistratura təhsili alacaq.

2024-2025-ci tədris ili üçün həyata keçirilən sənəd qəbulunun ilkin nəticələri üzrə magistratura səviyyəsinə qəbul olan 295 namizədin 30 nəfəri BDU-nun məzunudur. Onlardan 16-sı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, 12-si Amerika Birləşmiş Ştatları, 1-i Almaniya, biri isə İsveç Krallığının məşhur universitetlərində təhsil alacaq.

BDU məzunları tərəfindən üstünlük verilən əsas ixtisas istiqamətləri hüquq, dövlət idarəetməsi, fundamental və tətbiqi elmlər, mühəndislik, statistika və verilənlərin təhlili, istimai səhiyyədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, ölkəmizin dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdir.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026