BDU-nun 33 tələbəsinin təhsil xərcini Gənclər Fondu qarşılayacaq

21/12/2022

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən gənclərin təhsil xərcinin qarşılanması üzrə həyata keçirilən növbəti müsabiqənin nəticələri açıqlanıb. Sosial həssas əhali kateqoriyalarına aid olan istedadlı gənclərin təhsil xərcinin qarşılanması məqsədi ilə cari ilin 3 oktyabr – 13 noyabr tarixlərində elan edilən müsabiqəyə 28 dövlət təhsil müəssisəsi, 7 filial və 15 orta-ixtisas təhsil müəssisəsindən ümumilikdə 872 müraciət daxil olub. Ərizə qəbulu prosesində daxil olmuş müraciətlərin texniki ekspertizası və müraciətçinin davamiyyəti, akademik göstəriciləri, yerli və beynəlxalq miqyasda əldə etdiyi nailiyyətləri, sosial həssaslıq dərəcəsi, ictimai fəallığına dair ümumi qiymətləndirilməsi Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət İmtahan Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birlikdə aparılıb və qeyd olunan qurumlardan alınan rəylərə əsasən qaliblər müəyyən edilib.

Gənclərin 2021-2022 və ya 2022-2023-cü tədris illəri üzrə təhsil haqqı xərclərinin qarşılanması məqsədi daşıyan müsabiqənin nəticələrinə əsasən, 431 tələbənin təhsil xərcinin Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qarşılanmasına qərar verilib. Həmin gənclərdən 33-ü BDU-nun tələbəsidir. BDU Gənclər Fondu tərəfindən təhsil xərci qarşılanan tələbələrin sayına görə ikinci yerdədir.

Xəbərlər

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi
01/09/2026

“GeoCamp” Tələbə yay düşərgəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilə görüş

“GeoCamp” Tələbə yay düşərgəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilə görüş
31/08/2026

BDU-ya qəbul olunanların 504 nəfəri 600-dən yuxarı bal toplayıb

BDU-ya qəbul olunanların 504 nəfəri 600-dən yuxarı bal toplayıb
31/08/2026