BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub

25/07/2024

Dördüncü “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları açıqlanıb. Müsabiqədə qalib olan 25 nəfərdən 4-ü Bakı Dövlət Universitetinin (BDU) məzunudur.

Müsabiqədə qalib olan BDU məzunları  aşağıdakılardır:

Şahlar Məmmədov – BDU-nun Hüquq fakültəsində “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, “Mülki və təsərrüfat hüququ” ixtisaslaşması üzrə magistratura təhsili alıb.

Səbuhi Göyüşov - BDU-nun Hüquq fakültəsində “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr təhsili alıb.

Eyyub Fətəliyev - BDU-nun Hüquq fakültəsində “İnsan hüquqları” ixtisaslaşması üzrə magistratura təhsili alıb.

Nicat Qocayev – BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr, “Ölkəşünaslıq (ölkələr üzrə)” ixtisaslaşması üzrə magistratura təhsili alıb.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Qaliblərin adları kadr ehtiyatı bankına daxil edilir, onlar idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı (https://yukselish.az/mentors) və hər biri 20 min AZN məbləğində özünüinkişaf mükafatı əldə edirlər.

Məzunlarımızı təbrik edirik!

Xəbərlər

Müzəffər Komandan, qalib Ordu

Müzəffər Komandan, qalib Ordu
26/06/2026

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır
25/06/2026

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”
25/06/2026