BDU-nun 4 məzunu üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub

31/07/2023

Üçüncü “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları açıqlanıb. Müsabiqədə qalib olan 22 nəfərdən 4-ü Bakı Dövlət Universitetinin məzunudur.

Onları təqdim edirik:

Azad Qəribov

1987-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər üzrə bakalavriat, Qlazqo Universitetində Beynəlxalq siyasət üzrə magistratura, Mərkəzi Avropa Universitetində Siyasi elmlər ixtisası üzrə doktorantura təhsili alıb. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı ölkə ofisində kommunikasiya eksperti, ADA Universitetində "Qlobal siyasət", "Dövlət və siyasət" fənləri üzrə müəllim vəzifəsində çalışır.


Bayram Orucov

1993-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq üzrə bakalavriat, Erasmus adına Rotterdam Universitetində Beynəlxalq kommersiya və şirkət hüququ üzrə magistratura təhsili alıb. Bakı Dövlət Universitetində Konstitusiya hüququ ixtisası üzrə doktorantura təhsili alır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasında Aparat rəhbəri vəzifəsində çalışır


Mirzə Ələkbər Babayev

1994-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər üzrə bakalavriat, Bristol Universitetində Strateji idarəetmə ixtisası üzrə magistratura təhsili alıb. İqtisadiyyat Nazirliyi – Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyində Mərkəzi Avropa ölkələri üzrə Ticarət Nümayəndəsi Aparatında baş məsləhətçi vəzifəsində çalışır.


Toğrul Ələkbərov

1988-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat və Bowling Green Universitetində İşçilərin təhsili və inkişafı ixtisası üzrə magistratura təhsili alıb. Dövlət Məşğulluq Agentliyində Mərkəzi Karyera Filialının rəhbəri vəzifəsində çalışır.


 

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Qaliblərin adları kadr ehtiyatı bankına daxil edilir, onlar idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı (https://yukselish.az/mentors) və hər biri 20 min AZN məbləğində özünüinkişaf mükafatı əldə edirlər.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024