BDU-nun 5 tələbəsi təhsilini İsrailin Holon Texnologiya İnstitutunda davam etdirir

01/04/2021

Bakı Dövlət Universiteti (BDU) və İsrailin Holon Texnologiya İnstitutu arasında ikili diplom layihəsi uğurla tətbiq edilir. BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kompyuter elmləri ixtisası üzrə bakalavriat səviyyəsinin 3-cü kursunun 5 tələbəsi 2020/2021-ci tədris ilinin ikinci semestrindən etibarən təhsilə Holon Texnologiya İnstitutunda onlayn formatda davam edirlər.

Tələbələrin Holon Texnologiya İnstitutunda tədrisə davam etmələri üçün fənlər və kreditlər hesablanmış, tədris planları müqayisə edilmiş, oxşar və fərqli fənlər müəyyənləşdirilmişdir.

İkili diplom layihəsinin əsas məqsədi kompyuter elmlərinin müasir nailiyyətlərinə yiyələnməyi bacaran, informasiya texnologiyaları sahəsində dərin biliklərə malik olan, kompyuter elmlərinin fundamental və xüsusi tətbiqi metodlarından istifadə etməyi bacaran, öz peşə fəaliyyətlərində praktik problemləri formalaşdırmaq və effektiv həll etmək imkanına malik olan elm, təhsil, sənaye və biznesin müxtəlif sahələri üçün yüksəkixtisaslı mütəxəssislər hazırlanmaqdır.

Xəbərlər

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026