BDU-nun 6 məzunu ikinci “Yüksəliş” müsabiqəsinin qalibi olub

21/07/2022

İkinci “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları açıqlanıb. Müsabiqədə qalib olan 22 nəfərdən 6-sı Bakı Dövlət Universitetinin məzunudur.
Onları təqdim edirik:


1986-cı ildə anadan olub. Bakı Dövlət Universitetində Regionşünaslıq ixtisası üzrə bakalavriat və Azərbaycan dillər Universitetində Regionşünaslıq ixtisası üzrə magistratura təhsili alıb. Təhsilini Böyük Britaniyanın Qlazqo Universitetində (The University of Glasgow) Turizm, Mədəni irs və Davamlı inkişaf ixtisasının magistratura pilləsi üzrə davam etdirib. ADA Universitetində Təlim və tədrisin təşkili və metodikası üzrə magistr təhsili alıb. Dövlət Turizm Agentliyində Təhsil və təlim sektorunun müdiri vəzifəsində çalışır. Eyni zamanda, Azərbaycan Turizm və Menecment Universitetində müəllim kimi fəaliyyət göstərir.

Arzu Tairquliyeva-Nağıyeva


 


1989-cu ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat və Kommersiya hüququ ixtisası üzrə magistratura təhsili alıb. “Expo-2020”də əməliyyatlar üzrə menecer vəzifəsində çalışıb.

İlyas İsmayıllı


1994-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat təhsili alıb. Hazırda “Cybernet” MMC-də informasiya texnologiyaları üzrə layihə rəhbəri, aparıcı analitik vəzifəsində çalışır. İkinci Qarabağ müharibəsi iştirakçısıdır, 3 medalla təltif edilmişdir

Fərrux Məhərrəmli




1988-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat və Kommersiya hüququ ixtisası üzrə magistratura təhsili alıb. ABŞ-ın Hyuston Universitetində (University of Houston) Beynəlxalq hüquq ixtisasının magistratura pilləsi üzrə təhsilini davam etdirib. Azərbaycan Respublikası Dövlət Neft Fondunda Hüquq departamenti direktor müavini vəzifəsində çalışır.

Nərgiz Balakişiyeva




1992-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat və Böyük Britaniyanın Lankester Universitetində Beynəlxalq biznes və korporativ hüquq ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində aparıcı məsləhətçi vəzifəsində çalışır.

Etibar Hüseynov




1993-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Kimya mühəndisliyi ixtisası üzrə bakalavriat təhsili alıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində MBA proqramı üzrə Heyətin idarə edilməsi ixtisasında magistratura təhsili alır. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində zabitdir.


Vüsalə Bayramova






Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Qaliblərin adları kadr ehtiyatı bankına daxil edilir, onlar idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı (https://yukselish.az/mentors.html) və hər biri 20 min AZN məbləğində özünüinkişaf mükafatı əldə edirlər.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024