BDU-nun 7 komandası “Robotex Azərbaycan”ın qalibidir

04/03/2024

Bakı Dövlət Universiteti (BDU) 2-3 mart tarixlərində keçirilən “Robotex Azərbaycan Avrasiya Çempionatı” Festivalında möhtəşəm uğura imza atıb. Belə ki, festivalda BDU-nu təmsil edən 7 komandadan 6-sı (“85 Games Studio” və “Brandenburg” komandaları I, “TechTitans” və “Humantek” komandası II, “AITech Group” və “BİLİG” komandaları III yeri) ilk üç yeri tutaraq qalib olub. “QuantumTech” komandası isə Münsiflər heyətinin həvəsləndirici mükafatını qazanaraq növbəti mərhələdə iştirak hüququ əldə edib. Beləliklə, BDU-nun 7 komandasının hər biri Robotex-in Türkiyədə keçiriləcək növbəti mərhələsində iştirak hüququ qazanıb.

Azərbaycanda ilk dəfə keçirilən və 2 gün davam edən festivalda 6 universitet, 41 məktəb, 10 özəl müəssisədən 250-dən çox komanda, 1500-dən çox iştirakçı, 5000-dən çox qonaq iştirak edib. Komandalar 18 kateqoriyada və 4 yaş qrupunda (ibtidai, orta, yuxarı siniflər və tələbələr) yarışıblar. Ali təhsil müəssisələrindən 50-yə yaxın komanda “Green Entrepreneurship - Yaşıl sahibkarlıq”, “Blue Entrepreneurship - Mavi sahibkarlıq”, “Robot Technologies - Robot texnologiyaları”, “Software Technologies - Proqramlaşdırma texnologiyaları”, “Health Sciences and Technologies – Səhiyyə elmləri və texnologiyaları” kateqoriyaları üzrə mübarizə aparıb. Hər kateqoriyada ilk 3 yeri qazanan komandalar ölkəmizi Antalyada təşkil olunacaq yarımfinal mərhələsində təmsil edəcək. 18 ölkənin iştirakı ilə keçiriləcək yarımfinal mərhələsində dərəcə göstərən komandalar noyabr ayında Estoniyada təşkil ediləcək dünya çempionatında iştirak hüququ qazanacaqlar.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026